Rusların 58 faizi Putinə etibar edir

Rusların 58 faizi Putinə etibar edir
  11 Dekabr 2020    Oxunub:1321
Rusiyanın "İctimai rəy" fondunun apardığı sorğuya əsasən, ölkə vətəndaşlarının 58 faizi prezident Vladimir Putinə etibar edir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 31 faizi ona etimad göstərmədiyini deyib, 11 faizi suala cavab verməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 61 faizi hesab edir ki, Putin vəzifəsini yaxşı icra edir. Bunun əksini fikirləşənlər isə 25 faiz təşkil edir. Yerdə qalan 14 faiz respondent suala cavab verə bilməyib.

Qeyd edək ki, ümumrusiya telefon sorğusu 4-6 dekabr tarixlərində mobil və şəhər telefon nömrələrinin təsadüfi seçmə üsulu ilə 18 və daha yuxarı yaşlarda olan 4 min respondent arasında aparılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti