Rusiyada yoluxma və ölüm sayı artdı

 Rusiyada yoluxma və ölüm sayı artdı
  11 Dekabr 2020    Oxunub:1390
Rusiyada son sutka ərzində koronavirusa 28 585 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 597 711 nəfərə çatıb.

Rusiyada son sutkada 613 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 45 893 nəfərdir. İndiyədək 2 059 840 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti