Gürcüstanda yoluxma sayı 183 mini keçdi

Gürcüstanda yoluxma sayı 183 mini keçdi
  11 Dekabr 2020    Oxunub:1065
Gürcüstanda son sutka ərzində 4146 nəfər koronavirusa yoluxub, 38 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 183 099-ə çatıb. İndiyədək 150 461 xəstə sağalıb, 1694 nəfər dünyasını dəyişib. Hazırda karantində 1017, stasionar nəzarətdə isə 6881 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti