Əmanətlərin sığortalanmasında kompensasiya artırılır

   Əmanətlərin sığortalanmasında kompensasiya artırılır
  11 Dekabr 2020    Oxunub:1171
Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.
Azvision.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Belə ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əmanət   Kompensasiya  





Xəbər lenti