Türkiyədə koronavirusdan daha 220 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 220 nəfər ölüb
  11 Dekabr 2020    Oxunub:1161
Türkiyədə son sutka ərzində 220 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5918 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 15 751, virusa yoluxanlar isə 564 435 nəfərə çatıb.

Türkiyədə indiyədək 452 593 pasiyent (son sutkada 5232 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti