Ərdoğan Ermənistan rəhbərliyinə çağırış etdi

Ərdoğan Ermənistan rəhbərliyinə çağırış etdi
  10 Dekabr 2020    Oxunub:1726
Bütün dünya Qarabağın Azərbaycanın olduğunu gördü.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

Ərdoğan bildirib: "Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Azərbaycandır” dedi və bu gün dünya Qarabağın Azərbaycanın olduğunu gördü. Qarabağa qətliam, dağıntı və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına yığmalıdırlar. Ermənistan rəhbərləri xalqın resurslarını Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xərcləyib. Ermənistandan sülh və sabitliklə bağlı cəsur addımlar atmasını gözləyirik".

Türkiyə lideri qeyd edib ki, ermənilər diaspor əsarətindən qurtulmalı, düşmənçilik yerinə yaxşı qonşuluq münasibəti müzakirə olunmalıdır: "Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zəfərparadı  





Xəbər lenti