Rusiyada koronavirusdan ölüm sayı 45 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 45 mini ötdü
  10 Dekabr 2020    Oxunub:1318
Rusiyada son sutka ərzində daha 27 927 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 2 569 126 nəfərə çatıb.

Son sutka ərzində 562 pasiyent vəfat edib, ümumilikdə koronavirusdan ölənlərin sayı 45 280 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti