“Donbasdakı qoşunların geri çəkilməsində yeni mərhələyə hazırıq” - Zelenski
Zelenskinin sözlərinə görə, Ukrayna minalardan təmizləmə və əsirlərin mübadiləsinin növbəti mərhələsinə hazırdır. O, hesab edir ki, sülhün əldə edilməsi yalnız Fransa, Rusiya, Almaniya və Ukraynanın daxil olduğu “Normand dördlüyü” iştirakçıları ilə birbaşa danışıqlar yolu ilə əldə edilə bilər.
“Ukraynanın danışıqlar prosesindəki fəallığı bütün dünyaya və ən əsası Donbas sakinlərinə göstərdi ki, sülhdə maraqlı olan bizik və Rusiya razılaşmaların həyata keçirilməsinə mane olur”.
Xatırladaq ki, 2014-cü ildə separatçılar "Donetsk və Luqansk xalq respublikaları" elan ediblər. Elə həmin ilin aprelində Ukrayna onlara qarşı hərbi əməliyyat başladıb və döyüşlər bu günə qədər davam edir. BMT-nin məlumatına əsasən, bu müddət ərzində münaqişə zamanı təxminən 13 min insan həlak olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Donbas