Əmanətlərin sığortalanması müddəti uzadılır

   Əmanətlərin sığortalanması müddəti uzadılır
  07 Dekabr 2020    Oxunub:2583
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.
Azvision.az -ın məlumatına görə, bununla bağlı hazırlanmış qanun layihəsi Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinə qədər artırılması qeyd olunub.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əmanət   Sığortalanma  





Xəbər lenti