“Azərbaycanda xarici biznes 2020” hesabatı təqdim olunacaq
“AHK Azərbaycan”ın icraçı direktorunun müavini Nigar Bayramlı “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” mövzusunda məruzə edəcək. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri İvana Duarte, “BP Azerbaijan”ın Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin məruzələri dinləniləcək.
Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır, xüsusilə də ölkədə investisiya mühitinə fokuslanır.
Azvision.az
Teqlər: Hesabat