Valyuta hərracında tələb 63,1 milyon dollar olub

Valyuta hərracında tələb 63,1 milyon dollar olub
  03 Dekabr 2020    Oxunub:2022
Dekabrın 3-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hərracda tələb 63,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az



Teqlər: Dollar   Valyuta   Hərrac   AMB  





Xəbər lenti