Pərviz Şahbazov OPEC nazirlərinin görüşünə qatılacaq

Pərviz Şahbazov OPEC nazirlərinin görüşünə qatılacaq
  01 Dekabr 2020    Oxunub:1159
Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.
Bu barədə Azvision.az -a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti