"Nar"ın 4G istifadəçilərinin sayı 35% artıb

"Nar"ın 4G istifadəçilərinin sayı 35% artıb
  30 Noyabr 2020    Oxunub:1972
Bu ilin yanvar-sentyabr aylarında abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən "Nar" mobil rabitə operatorunun 4G istifadəçilərinin sayı 35 % artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27%, regionlar üzrə isə 51% yüksəlib.

Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər və internet paketləri sayəsində mobil internetdən istifadədə artıma səbəb olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 21% artım qeydə alınıb. İnternet trafikinin həcmi Bakı üzrə 9%, regionlar üzrə isə 42% yüksəlib.

Qeyd edək ki, data tarfikinin həcminin yüksəlməsinə həm də 4G smartfon penetrasiyasının artımı təsir edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində smartfon istifadəçilərinin sayında 12% artım qeydə alınıb.

Azvision.az



Teqlər: Nar  





Xəbər lenti