Bədbəxt hadisənin qarşısı alındı

Bədbəxt hadisənin qarşısı alındı
  10 Fevral 2014    Oxunub:1217
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

AzVision.az APA- ya istinadən xəbər verir ki,Mingəçevir şəhəri Xətai küçəsi 7, mənzil 18-də yaşayan 1953-cü il təvəllüdlü İsmayılov Gündüz Həsən oğlu hamam otağında olarkən su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən içəriyə daxil olan dəm qazının təsirindən huşunu itirərək yıxılıb.

Hadisədən xəbər tutan ailə üzvləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət ediblər. Gündüz İsmayılov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Hazırda o, xəstəxanada müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti