"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir

  26 Noyabr 2020    Oxunub : 1434
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Belarusun "Belavia" aviaşirkəti dekabrın 4-dən Bakıdan Minskə uçuşları bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə aviaşirkətin "Twitter" hesabında məlumat paylaşılıb.

Bildirilir ki, uçuşlar həftədə 4 dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günlərində həyata keçiriləcək. Uçuşlar yalnız Bakıdan Minsk istiqamətində olacaq. Belə ki, təyyarələr Bakıdan 04:15-də havaya qalxacaq, 06:50-də Belarusun paytaxtında eniş edəcək.

Azvision.az

Teqlər: