TƏBİB: Azərbaycanda kifayət qədər test var

  26 Noyabr 2020    Oxunub : 2037
    TƏBİB:  Azərbaycanda kifayət qədər test var
Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az-a bildirilib ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Məlumat üçün bildirilib ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur. Həmin laboratoriyalarda gündəlik 10 min testin aparılması nəzərdə tutulurdu. Artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 min 178 test) artıb.

Azvision.az

Teqlər: TƏBİB