Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq
  23 Noyabr 2020    Oxunub:1530
Türkiyədə vətəndaşların koronavirusa qarşı peyvəndlənməsi pulsuz olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca bildirib.

Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqlar başa çatıb. İlkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilib.

Nazir, həmçinin deyib ki, ilkin olaraq tibb işçiləri, daha sonra xroniki xəstəlikləri olan və digər risk qrupuna aid şəxslər peyvənd olunacaq. F. Koca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu keçdiyi vurğulayıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti