Qəbul imtahanlarının vaxtı açıqlandı

Qəbul imtahanlarının vaxtı açıqlandı
  05 Fevral 2014    Oxunub:1694
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 06, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar), 01 iyun da olacaq.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 01 aprel - 30 aprelda olacaq.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur 15 aprel – 30 apreldə aparılacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü - 25 apreldir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı: 1-ci - 04 may, 2-ci - 03 iyulda olacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı II və III qruplar üzrə 11 may, I və IV qruplar üzrə 18 mayda keçiriləcək.

Peşə liseylərinin buraxılış imtahanları mart ayında aparılacaq.

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat
İyun ayı

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- I və IV qruplar üzrə
- II və III qruplar üzrə

İyul ayı

Qabiliyyət imtahanı (I və IV qruplar)
Qabiliyyət imtahanı (III qrup)

İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu

12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat

19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları

29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur

02-05 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi

02-10 iyul

Monitorinq imtahanları

mart ayı - 5-ci və 6-cı siniflər
aprel- may ayları - 11-ci sinif

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti