`Nə? Harada? Nə zaman?` finalından FOTOLAR

`Nə? Harada? Nə zaman?` finalından FOTOLAR
  05 Fevral 2014    Oxunub:3277
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümünün finalı keçirildi.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu və Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümünün finalı keçirilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Kubokunun keçirilməsində məqsəd Azərbaycan tarixinin və mədəniyyətinin təbliği, intellektual oyunlar hərəkatının inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkilidir.

Oyunun finalında ölkənin 16 ən güclü komandası mübarizə aparmışdır. Komandalar dörd qrupa bölünmüşlər. Birinci mərhələdə qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Növbəti mərhələdə “Diplomat”- “Artosfera”, “Strekoza Qeyzenbega” – “Avalon”, “Legendarium” – “Heksaqon”, “Vendetta” – “FaİQ” komandaları mübarizə aparmışlar. Dörddədir final mərhələsinin nəticəsinə görə yarımfinala “Diplomat” - “Vendetta” və “Avalon”-“Legendarium” komandaları vəsiqə qazanıblar.

Yarımfinalda “Vendetta” və “Legendarium” komandaları görüşmüşlər. Uzun sürən mübarizədən sonra “Legendarium” komandası Azərbaycan Kubokunun qalibi olmuşdur. “Vendetta” ikinci, “Diplomat” komandası isə üçüncü yeri qazanmışdır.
Paralel keçən Kiçik kuboku uğrunda mübarizədə isə “Kapitan” komandası qalib olub.

Qaliblər kubok, diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümü ötən ilin mayında start götürmüşdür. Dörd mərhələdən ibarət Kubok oyunlarında paytaxt Bakı ilə yanaşı, Azərbaycanın 10-dan çox rayonun təmsilçiləri iştirak etmişdir. Yarışlarda 200-dən çox komanda (1200-dən çox gənc) çıxış edib.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun yeni mövsümü 2014-cü ilin mart ayında başlayacaqdır.

Qalereya




Teqlər:  





Xəbər lenti