TQDK dərslikləri müzakirə etdi

TQDK dərslikləri müzakirə etdi
  05 Fevral 2014    Oxunub:1627
Ümumtəhsil məktəblərinin 9-cu siniflərində istifadədə olan “Kimya” dərsliyi müzakirə edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az –a bildiriblər ki, dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə olunub.

Eləcəfə Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” fənni üzrə dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.

Seminarda dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə olunub.

Çıxış edən müəllim və mütəxəssislər fikirlərini açıqlayaraq təkliflərini verib.

Seminar Komissiyanın internet saytında canlı yayımlanıb.

Dərsliklərin müzakirəsi davam edəcək.


Teqlər:





Xəbər lenti