İlham Əliyevdən həmkarına təbrik

İlham Əliyevdən həmkarına təbrik
  03 Fevral 2014    Oxunub:945
Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu göndərib. AzVision.az-ın məlumatına görə, ölkə başçısı həmkarını Şri-Lankanın Müstəqillik günü münasibəti ilə təbrik edərək Şri-Lanka xalqına firəvanlıq arzulayıb.

-Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm.




Teqlər:





Xəbər lenti