Qarabağa giriş-çıxış dayandırılır

Qarabağa giriş-çıxış dayandırılır
  02 Oktyabr 2020    Oxunub:3304
Ermənistandan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə giriş-çıxış məhdudlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Açıqlamada deyilir ki, Ermənistan ilə Qarabağ arasında fasiləsiz rabitə və yolların boşaldılmasını təmin etmək, separtçı “ordu”nun və “hökumətin” ehtiyacları üçün həyata keçirilən tədbirlər istisna olmaqla, şəxslərin nəqliyyat vasitələri ilə Ermənistandan Qarabağa giriş dayandırılır.

Müstəsna zərurət olduqda, giriş Ermənistan hökuməti tərəfindən verilən icazə əsasında olacaq.

Qərar 2 oktyabr İrəvan vaxtı ilə saat 14.00-dan etibarən qüvvəyə minir.

Həmçinin, Qarabağa kömək məqsədilə malların toplanması və daşınması ilə bağlı fərdi təşəbbüslərdən imtina etməyə çağırış edilib.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti Qarabağın girişində nəzarət-buraxılış məntəqələrinin qurulduğunu, bütün şəxslərin və nəqliyyat vasitələrinin hərəkətinin yalnız müvafiq sənədlərlə mümkün olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti