Zelenskinin partiyası: Bakıya dəstək verməyə hazırıq

 Zelenskinin partiyası:  Bakıya dəstək verməyə hazırıq
  02 Oktyabr 2020    Oxunub:5155
Kiyev Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi fonunda Azərbaycana hərbi dəstək verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu “Ukraina 24” telekanalının efirində “Xalqın xidmətçisi” partiyasından olan deputat Lyudmila Marçenko deyib.

“Ukrayna Azərbaycanı müxtəlif platformalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, həm də humanitar dəstək deməkdir. Bu, hərbi vəziyyətdir”, - Marçenko əlavə edib.

Deputat “məsələnin kəskinləşəcəyi təqdirdə Ukraynanın yan keçməyəcəyinə” inandığını bildirib.

“Bildiyimə görə həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, humanitar yardımdan da söhbət gedir. Bu gün ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti