Jan Fransua Marseldən həmsədrlərin bəyanatına münasibət
Bildirilib ki, Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda vəziyyətin ciddiliyini və 30 illik münaqişənin birdəfəlik "dondurulması"nın qeyri-mümkün olduğunu anlamaları üçün həddən atrıq vaxt tələb olunub.
Jan Fransua Mansel hesab edir ki, münaqişənin ədalətli şəkildə nizamlanması üçün ilk növbədə Ermənistanın qeyri-qanuni olaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini etiraf etməsi, dinc, yanaşı yaşamaq üçün vacib tədbirlərin qəbul olunmasına və həyata keçirilməsinə qədər həmin torpaqları azad etməsi lazımdır: "Eyni zamanda, Rusiya Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməməlidir, Fransa erməni icmasından uzaq durmalıdır. Emmanuel Makron və Vladimir Putin ilk addımlarını atıblar. Biz bunu ümid kimi alqışlayırıq. Amma onlar unutmamalıdırlar ki, ya indi və ya heç zaman".
Azvision.az
Teqlər: Fransa Azərbaycan