Ermənistanda koronavirusa yoluxanların sayı 51 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 51 mini ötdü
  02 Oktyabr 2020    Oxunub:1960
Ermənistanda son sutka ərzində daha 532 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu ölkədə koronavirusa yoluxanların sayı 51 382 nəfərə çatıb.

Ermənistanda bir gündə virusdan 3 nəfər ölüb, bununla ölənlərin sayı 966-ya çatıb.

Koronavirusa yoluxub, lakin digər xəstəlikdən ölənlərin sayı 301 nəfərdir. Hazırda 5709 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti