Trampın vəziyyəti necədir? - Həkimi açıqladı

Trampın vəziyyəti necədir? -  Həkimi açıqladı
  02 Oktyabr 2020    Oxunub:2484
ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxmasına baxmayaraq, vəzifələrini yerinə yetirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ liderinin həkimi Şon Konli bildirib.

"Bu gecə mən Prezident Tramp və birinci xanım Melanya Trampın SARS-CoV-2 virusuna qarşı testlərinin müsbət olduğunu təsdiqlədim. Prezident və birinci xanım özlərini yaxşı hiss edirlər. Onlar sağalanadək Ağ Evdə qalmağı planlaşdırırlar", - deyə həkim əlavə edib.

"Əmin ola bilərsiniz ki, prezidentdən sağalma müddətində vəzifələrini heç bir fasilə olmadan yerinə yetirməyə davam edəcəyini gözləyirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti