Bəhreyndən Qarabağ bəyanatı

Bəhreyndən Qarabağ bəyanatı
  02 Oktyabr 2020    Oxunub:2759
Bəhreyn Krallığının vəliəhdi şahzadə Salman bin Həməd Al Xəlifənin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrə də münasibət bildirilib.
Azvision.az xəbər verir ki, iclasda “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionunda gərginliyin və qarşıdurmanın azaldılması, regionda və dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması məqsədilə ixtilafların beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində dialoq və siyasi həll yollarına müraciət edilməsi çağırışı” ifadə olunub.

Bəhreyn Krallığı Nazirlər Şurasının yuxarıda qeyd olunun bəyanatında münaqişə tərəflərinin hər ikisinə müraciət edilməsinə baxmayaraq, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bəhreyn   Qarabağ  





Xəbər lenti