Tramp və xanımı koronavirusa yoluxdu

 Tramp və xanımı koronavirusa yoluxdu
  02 Oktyabr 2020    Oxunub:3320
ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri "Twitter" səhifəsində yazıb.

"Birinci xanımla birlikdə COVID-19 testimiz müsbət oldu. Karantin və bərpa prosesinə dərhal başlayacağıq. Birlikdə bunun öhdəsindən gələcəyik", - deyə Tramp bildirib.

***
ABŞ Prezidenti Donald Tramp məsləhətçisi Xoup Xiksdə koronavirus aşkarlandıqdan sonra özünü təcrid edib.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

O, bildirib ki, həyat yoldaşı Melaniya Trampla birgə koronavirus testindən keçiblər və nəticələr çıxana qədər karantinə gedəcəklər.

Azvision.az






Teqlər: Tramp   Koronavirus  





Xəbər lenti