Pompeo Azərbaycan və Ermənistana çağırış etdi

 Pompeo Azərbaycan və Ermənistana çağırış etdi
  02 Oktyabr 2020    Oxunub:4712
ABŞ Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin tərəflərini sülhə, xarici qüvvələri isə müdaxilə etməməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Pompeo "Fox News”a müsahibəsində deyib.

"Biz münaqişənin beynəlxalq xarakter almasına qarşıyıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Atəşkəsə çağırış edirik və münaqişə tərəflərinin geri çəkilməsini istəyirik", - deyə Pompeo bildirib.

Azvision.az




Teqlər: Pompeo  





Xəbər lenti