ABŞ növbəti il qaçqın qəbulunu rekord həddə azaldacaq

ABŞ növbəti il qaçqın qəbulunu rekord həddə azaldacaq
  02 Oktyabr 2020    Oxunub:2216
ABŞ administarsiyası 2021-ci ildə qaçqın qəbulu limitinin 15 minə endirilməsini təklif edir.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, növbəti ildə 300 mindən çox müraciətin olacağı gözlənilsə də, 15 minə qədər insan ABŞ-a qaçqın qəbulu proqramı çərçivəsində buraxılacaq. Belə bir qərarın qəbul olunması pandemiya şəraitində əsas üstünlüyün amerikalıların təhlükəsizliyi və rifahına verilməsindən irəli gəlir.

"The Washington Post"un yazdığına görə, təklif olunan 15 min nəfərlik say limiti onilliklər ərzində ən aşağı səviyyə olacaq.

Azvision.az




Teqlər:





Xəbər lenti