Məleykə Abbaszadə vətəndaşları qəbul etdi

Məleykə Abbaszadə vətəndaşları qəbul etdi
  31 Yanvar 2014    Oxunub:1352
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Cəlilabadda cənub bölgəsindən olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabad Olimpiya İdman Kompleksində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən təhsil sahəsindəki məsələlərlə bağlı olub.

Qəbula gələnlər TQDK-nın sədrinə növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilən dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildiriblər.

Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Teqlər:





Xəbər lenti