“Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” - Ərdoğan

  28 Sentyabr 2020    Oxunub : 3135
“Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” -  Ərdoğan
Ermənistanın dünənki Azərbaycan ərazilərinə hücumunu bir daha qınayıram. Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgəyə barış və sülh gələcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə