Ukraynada təyyarə qəzasında 25 nəfər ölüb - (YENİLƏNİB)
Qeyd edək ki, bundan əvvəl 22 nəfərin öldüyü bildirilirdi. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
***
(23:46)
Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzasında 22 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer "Telegram" kanalında yazıb.
Hadisə zamanı 2 nəfər sağ qalıb, hazırda 4 nəfərin taleyi məlum deyil. Qəza yerində axtarış işləri aparılır.
***
(23:00)
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” hərbi təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Məlumata görə, qəzaya düşən təyyarədə 28 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvü, 21-i kursantdır.
Ukraynanın Daxili İşlər Nazirliyi qəza nəticəsində 20 nəfərin öldüyünü açıqlayıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Azvision.az