300 dollarlıq gömrük limiti qüvvəyə minir

  20 Sentyabr 2020    Oxunub : 3384
 300 dollarlıq gömrük limiti qüvvəyə minir
Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklərlə bağlı 305 saylı qərarı bu gündən qüvvəyə minir.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda gömrük rüsumları tətbiq olunacaq.

Qeyd edək ki, indiyədək limit 1000 dollar idi.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti