AMEA rəhbər vəzifələrə seçki keçirir

AMEA rəhbər vəzifələrə seçki keçirir
  28 Yanvar 2014    Oxunub:1496
AMEA-nın 23 elmi qurumunda rəhbər vəzifələrə seçkilər keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti akademiyanın 36 elmi-tədqiqat müəssisəsindən 23-nə direktor seçkiləri elan edir.

AzVision.az xəbər verir ki, AMEA-dan AzərTAc-a bildiriblər ki, seçkilər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Fizika, Riyaziyyat və Mexanika, Kibernetika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları institutları və Şamaxı Astrofizika Rəsədxanasında, Kimya Elmləri Bölməsi üzrə Aşqarlar Kimyası, Polimer Materialları institutlarında, Yer Elmləri Bölməsi üzrə isə Geologiya və Coğrafiya institutlarında aparılacaq.

Bununla yanaşı, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Aqrar Elmlər Bölməsi üzrə Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Eroziya və Suvarma institutları, Humanitar və İctimai Elmlər Bölməsi üzrə Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, İqtisadiyyat, Ədəbiyyat, Dilçilik, Əlyazmalar institutları, o cümlədən Milli Azərbaycan Tarixi və Milli Azərbaycan Ədəbiyyatı muzeylərində də direktor vəzifələrinə seçkilər keçiriləcək.

Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən (25 yanvar 2014-cü il) 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.


Teqlər:





Xəbər lenti