Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb

Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb
  10 Sentyabr 2020    Oxunub:2859
Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Baş Naziri Georgi Qaxariya hökumətin iclasında deyib.

Onun sözlərinə görə, ikinci dalğa payız aylarında gözlənilirdi. Buna baxmayaraq, Baş Nazir insanları təşvişə düşməməyə çağırıb.

“Biz ikinci dalğanı gözləyirdik, artıq proses başlayıb. Vəziyyət tam nəzarət altındadır”, - deyə Qaxariya vurğulayıb.

Azvision.az


Teqlər: Gürcüstan   Qaxariya  





Xəbər lenti