Kaliforniyada meşə yanğınları: 11 nəfər ölüb

Kaliforniyada meşə yanğınları:  11 nəfər ölüb
  10 Sentyabr 2020    Oxunub:2476
ABŞ-ın Kaliforniya ştatında baş vermiş meşə yanğınları nəticəsində ötən gün daha 3 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət zamanı ölənlərin sayı 11 nəfərə çatıb. Bu il meşə yanğınlarının ümumi sahəsi 930,7 min hektar ərazini əhatə edib ki, bu da Kaliforniya tarixində ən yüksək göstəricidir. Əvvəlki anti-rekord 2018-ci ildə qeydə alınıb - təxminən 793,2 min hektar.

Yanğın 3959 evi və binanı yarasız hala salıb. Yanğınla əlaqədar olaraq Los-Ancelesdə temperatur 49.4 dərəcə selsiyə çatıb.

ABŞ Milli Meteoroloji Xidmətin məlumatına görə, bu, şəhərdə qeydə alınan rekord göstəricidir.

Azvision.az


Teqlər: Kaliforniya   Yanğın  





Xəbər lenti