Gürcüstanda yoluxma sayı artmaqda davam edir

 Gürcüstanda yoluxma sayı artmaqda davam edir
  10 Sentyabr 2020    Oxunub:2573
Gürcüstanda son sutka ərzində daha 57 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1830-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1334 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. Aktiv koronavirus xəstələrinin sayı 451 nəfərdir.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti