Koronavirusu üç dəqiqəyə aşkarlayan test hazırlandı

Koronavirusu üç dəqiqəyə aşkarlayan test hazırlandı
  09 Sentyabr 2020    Oxunub:3141
İtaliya Səhiyyə Nazirliyi koronavirusu üç dəqiqə ərzində aşkarlayan yeni testin istehsalına razılıq verib.
Azvision.az xəbər verir ki, italyan şirkətinin Sannio Universitetinin mütəxəssisləri ilə birgə hazırladığı test tüpürcəyin analizinə əsaslanır, burun boşluğundan yaxma götürmək tələb olunmur.

Məlumata görə, Milli Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyasında tüpürcək nümunəsi üzrə ekspress-testin sınaqları keçirilir.

Sınaqların nəticəsi ayın sonunda açıqlanacaq.

Azvision.az


Teqlər: Koronavirus   Test  





Xəbər lenti