“Spartak”ın sabiq baş məşqçisi vəfat edib

“Spartak”ın sabiq baş məşqçisi vəfat edib
  01 Sentyabr 2020    Oxunub:3459
Moskvanın hokkey klubu "Spartak"ın və Çexiya millisinin keçmiş baş məşqçisi Miloş Rjiqa 61 yaşında vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 2007-2010-cu illərdə "Spartak" klubunda çalışıb və komandanı iki dəfə Qaqarin Kubokunun 1/4 finalına çıxarıb. Bu da "qırmızı-ağlar"ın KHL-dəki çıxışlarının ən yaxşı nəticəsi olub.

Avqust ayında Çexiya mediası son vaxtlara qədər bu ölkənin hokkey milli komandasına rəhbərlik edən Rjiqanın səhhətindəki problemlər səbəbiylə xəstəxanaya yerləşdirildiyini yazıb. Onun qarnında ağrıların olduğu, sonra isə səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Miloş Rjiqa “Spartak”dan əlavə Rusiyanın bir sıra komandalarında da işləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Spartak  





Xəbər lenti