Ermənistanda konyak zavodunda partlayış: Ölənlər və yaralılar var

 Ermənistanda konyak zavodunda partlayış:  Ölənlər və yaralılar var
  01 Sentyabr 2020    Oxunub:2987
Ermənistanda konyak zavodunda baş vermiş partlayış iki nəfərin ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

İlkin məlumata əsasən, yanıq xəsarətləri alan daha 4 nəfər Armavir tibb mərkəzinə aparılıb, onlar reanimasiyaya yerləşdiriliblər.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, sentyabrın 1-də günorta saatlarında Armavir kəndindəki konyak zavodunda partlayış olub. Daha sonra yanğın başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti