Azərbaycan aliminin monoqrafiyası Almaniyada nəşr olundu

Azərbaycan aliminin monoqrafiyası Almaniyada nəşr olundu
  26 Yanvar 2014    Oxunub:1535
Azərbaycan aliminin “Rossiykaya Federasiya-stranı SNQ” adlı monoqrafiyası Almaniyada nəşr olundu.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) azad həmkarlar ittifaqının sədri, siyasi elmlər doktoru Adil Mirabdullayevin “Rossiykaya Federasiya-stranı SNQ (Strateqiçeskie prioritetı i politiçeskie realii postsovetskoqo perioda)” adlı monoqrafiyası Alman Milli Kitabxanası tərəfindən rus dilində nəşr olunub.

AzVision.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildiriblər ki, monoqrafiyada Rusiya Federasiyasının MDB ölkələrindəki strateji prioritetləri araşdırılıb, onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Baltikyanı ölkələr, Moldova, Belarus və Ukraynada xarici siyasi maraqlarının öyrənilməsi haqqında geniş araşdırma aparılıb.

Həmçinin kitabda postsovet məkanında Rusiya Federasiyasının xarici siyasət kursunun əsas formalaşma mərhələləri təhlil edilmiş, qonşu ölkələrdə Rusiyanın həyata keçirdiyi strategiyasının əsas istiqamətləri öyrənilərək müəyyənləşdirilib.
Monoqrafiyada Rusiyanın Baltikyanı ölkələr, Mərkəzi Asiya və region ölkələr ilə qarşılıqlı münasibətlərinin əsas parametrləri, apardığı siyasi xətt aydınlaşdırılan, eyni zamanda, Cənubi Qafqazda, xüsusilə Azərbaycan Respublikasında müasir dövrdəki strateji maraqları da təhlil edilib.

Elmi işçilər, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutlan monoqrafiya AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.


Teqlər:





Xəbər lenti