Türkiyədə koronavirusdan daha 20 nəfər öldü

Türkiyədə koronavirusdan daha 20 nəfər öldü
  27 Avqust 2020    Oxunub:3523
Türkiyədə son sutka ərzində 20 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1313 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6183, virusa yoluxanlar isə 262 507 nəfərə çatıb.

Türkiyədə indiyədək 239 797 pasiyent (son sutkada 1002 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti