Belarus xarici tərəfdaşlarla dialoqa hazırdır - XİN rəhbəri

Belarus xarici tərəfdaşlarla dialoqa hazırdır -  XİN rəhbəri
  26 Avqust 2020    Oxunub:3458
Belarusun Xarici İşlər naziri Vladimir Makey italiyalı həmkarı Luici Di Mayo ilə telefon danışığında hakimiyyətin xarici tərəfdaşlarla təhdid və daxili işlərə qarışmadan konstruktiv dialoqa hazır olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İtaliya tərəfinin təşəbbüsü ilə Belarusun Xarici İşlər naziri Vladimir Makeyin italiyalı həmkarı Luici Di Mayo ilə telefon danışığı olub. Görüşdə ikitərəfli siyasi dialoq, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq müzakirə edilib.

Belarusda seçkidən sonrakı hadisələrdən narahatlığını ifadə edən italiyalı həmkarının xahişi ilə nazir ölkədəki daxili siyasi vəziyyət haqqında məlumat verib. Makey təhdid və müdaxilələr olmadan bu mövzuda xarici tərəfdaşlarla konstruktiv dialoqa hazır olduğunu, son hadisələrin obyektiv, hərtərəfli qiymətləndirilməsinin vacibliyini vurğulayıb", - deyə XİN-in açıqlamasında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   XİN  





Xəbər lenti