Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyarddan çox sərmayə qoyub

 Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyarddan çox sərmayə qoyub
  26 Avqust 2020    Oxunub:3393
Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox sərmayə qoyub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu ildə ölkələr arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 18 faiz artaraq 3 milyard dolları keçib.

“Cari ildə artım templəri bir qədər azalıb, lakin müsbət dinamika qorunub. Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox sərmayə qoyub. Eyni zamanda məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır”.

Nazir əlavə edib ki, Rusiya və Azərbaycan Şimal-Cənub və Şimal-Qərb kimi beynəlxalq tranzit dəhlizlərin təşəbbüskarı və fəal iştirakçısıdır.

“Bunlar beynəlxalq tranzitin vacib elementidir. Xüsusilə sevindirici hal odur ki, pandemiya ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər dövründə daşınmaların həcmi nəinki azalmadı, əksinə artmağa davam etdi”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti