"Həmsədrlər danışıqların formatının dəyişdirilməsinin əleyhinədir" - Lavrov

 "Həmsədrlər danışıqların formatının dəyişdirilməsinin əleyhinədir" -  Lavrov
  26 Avqust 2020    Oxunub:4094
ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ nizamlanması üzrə danışıqların formatının dəyişdirilməsinin əleyhinədirlər.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Moskvadakı danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla, beynəlxalq brliyin qəbul etdiyi qərarlar rəhbər tutulmalıdır. Həmin sənədlərdə müharibəni dayandırmaq və əlbətdə ki, münaqişənin sülh yolu ilə həll edilməsi əksini tapıb.

"Bunlar hazırda Rusiya, ABŞ və Fransanın həmsədr olduğu Minsk Qrupunun yaradıldığı ATƏT çərçivəsində hazırlanıb. Və ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə tərəflərlə - Ermənistan və Azərbaycanla birlikdə müxtəlif yanaşmalar olan, lakin münaqişənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Final Aktında təsbit edilmiş prinsiplər əsasında həllini nəzərdə tutan bir sıra sənədlər hazırlanıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Rusiya   Lavrov  





Xəbər lenti