Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidir"

  Ceyhun Bayramov:  "Həmsədrlər Ermənistana təsir etməlidir"
  26 Avqust 2020    Oxunub:4181
Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsdəri kimi Dağlıq Qarabağ münaqişənin həllində aktiv rol oynayacağına ümid edirik.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, münaqişənin nizamlanmasında irəliləyiş müşahidə olunmur, Ermənistan işğalı davam etdirir, Azərbaycan ərazilərində, xüsusən Yaxın Şərqdən etnik ermənilərin qanunsuz məskunlaşdırmasını aparır.

"Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusudr. Ermənistan sülh prosesini pozmaqda davam edir. 12 iyulda Tovuz hadisəsi bunun göstəricisidir. Ermənistan yeni əraziləri işğal etmək üçün təxribat həyata keçirdi. Hadisə nəticəsində 76 yaşlı mülki sakin öldürüldü. Bu, planlaşdırllmış provakasiya idi və bir neçə məqsəd daşıyırdı".

Nazir qeyd edib ki, ilk növbədə Ermənistan rəhbərliyi daxili problemlərdən diqqəti yayındımaq istəyib. Eyni zamanda Tovuz Qarabağ münaqişəsindən uzaqdır. Tovuzda mühüm enerji kəmərləri keçir.

C.Bayramov Ermənistanın hərbi təxribatının davam etdiyini bildirib:

"23 avqustda kəşfiyyat diversiya qrupu hücuma keçməyə cəhd edib. Bunun qarşısı alındı, komandir əsir götürüldü. Bizim münaqişə ilə bağlı mövqeyimiz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Ermənistan işğal edilmiş əraziləri qaytarmalı, qaçqınlar öz ərazilərinə qayıtmalıdır. Həmsədrlər Ermənistana konstruktiv mövqe nümayiş etdirmək və əsaslı danışıqlara başlamaq üçün üçün təsir göstərməlidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tovuz  





Xəbər lenti