Özbəkistanda COVID-19-a yoluxma sayı artdı

Özbəkistanda COVID-19-a yoluxma sayı artdı
  26 Avqust 2020    Oxunub:3058
Özbəkistanda son sutka ərzində daha 316 nəfər koronavirusa yoluxub, 7 nəfər pandemiyanın qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 39 664 nəfərdir. İndiyədək 35 983 pasiyent sağalıb, 287 nəfər həyatını itirb.

Aktiv yoluxma hallarının sayı 3 394 nəfərdir. Hazırda 294 xəstənin vəziyyəti ağır, 110 nəfərin isə daha ağır qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti