Türkiyədə nişan, xınayaxdı qadağan olundu

   Türkiyədə nişan, xınayaxdı qadağan olundu
  26 Avqust 2020    Oxunub:3713
Türkiyə Daxili İşlər Nazirliyi bu gündən 14 vilayətdə sünnət, nişan, xınayaxdı, mərasimlərini qadağan edib, nikah və toyun isə bir saat ərzində başa çatması ilə bağlı tapşırıq verib.
Azvision.az CNN Türk-ə istinadən xəbər verir ki, qadağalar Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat vlayətlərində tətbiq olunacaq.

Nazirlikdən valiliklərə göndərilən sərəncama əsasən, toyda rəqs edilməsinə və gəlinlə bəyin birinci və ikinci dərəcəli yaxınları xaric yaşı 65- dən yuxarı və 15 -dən kiçik şəxslərin mərasimdə iştirakına icazə verilmir.

Ümumilikdə isə ölkə üzrə dövlət və ictimai müəssisələrdə yeməkxana və qablaşdırılmış su xidməti xaric hər növ yemək və içki xidməti müvəqqəti dayandırılacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Nişan  





Xəbər lenti