Baş Nazirin müavini koronavirus əleyhinə peyvənd edildi

Baş Nazirin müavini koronavirus əleyhinə peyvənd edildi
  20 Avqust 2020    Oxunub:1911
Rusiya Baş Nazirinin müavini Marat Xusnullin koronavirus əleyhinə peyvənd olunduğunu söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə Xusnullin "Twitter" hesabında yazıb.

“Mənə COVID əleyhinə peyvənd vuruldu, lakin hamı ehtiyat tədbirlərinə əməl etməlidir!",- deyə Baş Nazirin müavini bildirib.

Bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoyt Rusiyada koronavirusa qarşı yeni təsdiqlənmiş “Sputnik V” peyvəndinin sınaqlarında iştirak etdiyini söyləyib.

Xatırladaq ki, Rusiya səhiyyəsi COVID-19 profilaktikası üçün dünyada ilk peyvəndi qeydə alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti